APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1950-ci il təvəllüdlü Namiq Həsənov sirkə turşusundan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. N. Həsənovun qohumlarının bildirdiklərinə görə, o, stolun üstündə olan sirkə turşusunu su zənn edərək içib və zəhərlənib.