Gəncə şəhər sakinindən 5 kq-dan artıq narkotik vasitə tapıldı
Bütün Xəbərlər
16:38 23.01.2012
1176
Baş Narkotiklərlər Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinindən külli miqdarda narkotik vasitə tapılıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tapdıq Əkbərov 1 kiloqram marixuananı satarkən tutulub. Onun evinə baxış zamanı isə oradan əlavə olaraq 4 kiloqram 200 qram marixuana aşkar edilib.