Gəncə şəhərində “Dünya Gənclər Festivalı” keçiriləcək

GƏNCLİK
13:47 14.08.2011
2348
Birliyin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdiyi məlumata görə, festival Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncədə keçiriləcək. Dünya Gənclər Festivalına dünyanın 50-dən çox ölkəsindən 100 nəfər gənc qatılacaq.Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir.Dünya Gənclər Festivalında aşağıdakı 3 panel üzrə müzakirələr aparılacaq:1. Münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu – Bu mövzu haqqında olacaq seminarların əsas məqsədi gənc liderləri sülh yolu ilə münaqişələrin həllinə təşviq etmək və birgə dialoqa cəlb etməkdir. 2. Gənclər siyasəti – Beynəlxalq təcrübə göstərir ki, gənclər siyasəti o zaman daha çox effektiv olur ki, gənclər təkcə faydalanan qismində deyil, həmçinin icraçı qismində çıxış edirlər. 3. İncəsənət, idman və mədəniyyət – bu sahələrdə fəaliyyət göstərən gənclər müəyyən təkliflərlə çıxış edərək müsbət dəyişikliyə təşəbbüs göstərəcəklər. Dünya Gənclər Festivalı bu ildən etibarən hər 2 ildən bir Azərbaycanın müxtəlif bölgəsində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR