Gəncə şəhərində 'Elektron Məktəb' layihəsinə start verilir

GƏNCLİK
13:10 03.05.2013
2028

Gəncə şəhərində “Elektron Məktəb” layihəsinə start verilir “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 03 May 2013-cü il tarixindən etibarən Gəncə şəhərində “Elektron Məktəb” layihəsinə start verir.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində 3 May – 3 İyul tarixlərində qaçqın və məcburi köçkün məktəblərində müəllimlər üçün İKT sahəsi ilə bağlı xüsusi təlimlər həyata keçiriləcək.

Həmçinin “Elektron Məktəb” layihəsi şərait yaradacaq ki, qaçqın və məcburi köçkün məktəblərində təhsilə maraq artırlsın və təhsil daha da interaktivləşsin.Elektron təhsil Gəncə şəhərində təbliğatı genişləndirilisin, müəllimlərin elektron idarəetmə bacarıqları artırılısın, dərslər ən yeni metodologiya ilə şagirdlərə çatdırılsın, qaçqın və məcburi köçkün şagirdlərin onlar üçün yaradılmış məktəblərdə və standart məktəblər arasında birgə təhsil imkanları, onların şəbəkələşməsi və elektron təhsil mübadiləsinə şərait yaradılsın və distant təhsilin təbliğini genişləndirilsin. Qeyd edək ki, “Gələcəyə Körpü” GİB Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökümət təşkilatlarına dövlət dəstəyi şurasına “Elektron Məktəb” qaçqın və məcburi köçkün müəllim və şagirdlərin elektron təhsil haqqında məlumatlarının artırılması adlı layihənin 1 – ci maliyyə müsabiqəsinin qaliblərindən olub.

OXŞAR XƏBƏRLƏR