Bu gün Gəncə-Yevlax yolunun 30-cu km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsindən ANS PRES-in bölgə müxbirinə verilən məlumata görə, hadisə 13:30 radələrində baş verib. Belə ki, Bakıdan rayon istiqamətinə hərəkət edən "VAZ-2106" markalı, 10 BV 713 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək, yolun əks istiqamətinə çıxıb və nəticədə maşın aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.