Gəncə ziyalıları Elmar Vəliyevin müdafiəsinə qalxdı

Gəncə ziyalıları Elmar Vəliyevin müdafiəsinə qalxdı
Bütün Xəbərlər
14:10 17.02.2013
3298

Gəncə şəhərinin bir qrup ziyalısı Elmar Vəliyevlə bağlı AZXEBER.COM-a müraciət göndərib. 

Müraciətdə bildirilib ki, son günlər müxtəlif müxalifət qəzetləri, internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəxsiyyəti və övladları haqqında ağılasığmaz, qərəzli, heç bir əsası olmayan subyektiv fikirlərlə dolu yalan məlumatlar yayılmaqdadır.

“Geniş mənada desək, guya Elmar Vəliyevin övladlarının bahalı avtomaşınları var və onları 3 nəfər polis əməkdaşı tabel silahı ilə mühafizə edirlər. Eyni zamanda Elmar Vəliyevin oğlu tərəfindən bir tibb bacısının döyülməsi haqda əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb”-deyə müraciət müaəllifləri mətbuata etiraz ediblər.

Müraciətdə daha sonra vurğulanır:

“Görünür son iki ilə yaxın bir müdddətdə qədim tarixi abidələrin qorunması, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli keçirilməsi şəhərimizdə böyük uğurla davam edən geniş miqyaslı abadlıq-quruculuq işləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıqlarının Gəncədə yüksək səviyyədə həyata keçirməsi dövlətimizin və millətimizin inkişafını gözü götürməyən qüvvələri narahat etməkdədir. Təəssüf olsun ki, bu kimi milli maraqlara qarşı olan qüvvələr Gəncə Şəhər İcra Hakimiyyəti başçısının oğlu barədə həqiqətə uyğun olmayan məlumatlar, daha doğru desək, şaiyələr yaymaqdadırlar.

Gəncə şəhərinin elmi ictimaiyyəti və ziyalı təbəqəsi olaraq bildirmək istərdik ki, müxtəlif müxalifət qəzetləri, internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu barədə yayılan xəbərlər yalan və uydurmadan başqa bir şey deyildir. Elmar Vəliyev şəhərimizə rəhbərlik etdiyi dövrdən tələbkar rəhbər və ailə başçısı kimi tanınmışdır. Bu faktı istənilən Gəncə sakini təsdiq edə bilər.

O ki, qaldı Elmar Vəliyevin oğlu barədə yalan məlumatlar yayan müxtəlif müxalifət qəzetlərə, internet saytlara və sosial şəbəkələrə onlara da bir ziyalı kimi tövsiyəmiz ondan ibarət olardı ki, şəhər başçısının ailəsi haqqında yazarkən məlumatları ətraflı araşdırsınlar, onun doğruluğunu, obyektivliyini daha yüksək tutsunlar. Unutmaq olmaz ki, cəmiyyətin etik mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir. Belə olan halda, gəlin dövlətçiliyimizə və mənəvi dəyərlərimizə hörmətlə yanaşaq”.

Editor.az-a göndərilən müraciəti aşağıdakı şəxslər imzalayıblar:

Fuad Əliyev – əməkdar elm xadimi, professorAllahverdi Seyidov –professorKamil Fətəliyev-professorSahib Axundov -əməkdar mədəniyyət işçisiRaya Məmmədova – həkimMahir Məmmədov – GDU-nun dosenti, qabaqcıl təhsil işçisiTamella Əliyeva – əməkdar müəllimBayram Hacıyev – “Tərəqqi” medalçısıSolmaz Qəmbərova – “Tərəqqi” medalçısıYeganə Səfərova – əməkdar müəllimXalid Qurbanov – professorBəxtiyar Muradov – mədəniyyət işçisiXazangül Hüseynova – şairəNabat Qasımova – “Tərəqqi” medalçısıHəsənbala Sadıqov — professorSədnik Paşayev — professorSamir Pişnamazzadə — dosentPərvin Kərimzadə — dosentXəlil Yusifli — professorSevda Qurbanəliyeva — professorŞahnaz Haşımova — xalq artistiElmira Əliyeva — əməkdar mədəniyyət işçisi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib