Gəncədə 8 Mart - Beynəlxalq Qadınlar Bayramı təntənə ilə qeyd edilib

SOSİAL
18:30 07.03.2016
2065
Tariximizin neçə-neçə şanlı səhifəsi qadınlarımızın adı ilə bağlıdır. Xalqımızın təfəkküründə ana adı həmişə Vətənlə yan-yana çəkilib. Azərbaycan qadını ölkəmizin icimai-siyasi, iqtisadı və mədəni həyatında fəal iştirak etməklə taleyüklü məsələlərin həllinə sanballı töhfələr verib. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq adı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin aparıcı qüvvəsi kimi hörmətlə çəkilib. Elmdə, təhsildə, səhiyyədə, eləcə də həyatımızın digər sahələrində qazandığı nailiyyətlər qadınlarımızın çox böyük inkişafından xəbər verir.
Bu sözləri martın 7-də Gəncə Dövlət Dram Teatrının binasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən ümumşəhər tədbirində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. Müstəqil Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan qadınlarının əməyindən danışan Elmar Vəliyev daha sonra diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev qadınların bu xidmətlərini yüksək dəyərləndirərək onları cəmiyyətin əsas qüvvəsi hesab edirdi. Ulu Öndər 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur”.
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə öz işi və fəaliyyəti ilə Azərbaycan xanımlarını yüksək səviyyədə təmsil edir.
Sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbayca Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək qadınları əziz bayramları münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzuladılar.
Sonra Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirin rəsmi hissəsindən sonra Göygöl dövlət mahnı və rəqs ansamblının qadınlara həsr olunmuş maraqlı repertuarla çıxışları oldu.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb