16:40 Cümə Axşamı, 13 Dekabr 2018
SOSİAL

Gəncədə 84 yaşlı qadını avtomobil vurdu

23:34, 06.12.20186270
Gəncədə 84 yaşlı qadını avtomobil vurdu
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.

Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ