Gəncədə ağır yol qəzası, 1 nəfər öldü - FOTO

Gəncədə ağır yol qəzası, 1 nəfər öldü - FOTO
Bütün Xəbərlər
10:01 07.06.2013
1010

Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri rəhbəri yol qəzasında dünyasını dəyişib.

Hadisə iyunun 6-sı saat 21.30 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində baş verib.

Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri, 1958-ci il təvəllüdlü İkram Hətəmov idarə etdiyi “Chevrolet” markalı avtomobilli yolun kənarında işıq dirəyinə çırpıb.

İ. Hətəmov hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş, sükan arxasında da ürəyi dayandığına görə idarəetməni itirib. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.//apa

 

OXŞAR XƏBƏRLƏR