Gəncədə arvadının gedişinə dözə bilməyən kişi özünü bıçaqladı

Gəncədə arvadının gedişinə dözə bilməyən kişi özünü bıçaqladı
Bütün Xəbərlər
13:53 12.06.2014
1027
Gəncə şəhər sakini özünü bıçaqlayıb. 
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseyn Məhərrəmov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
Dərhal əməliyyat edilən 39 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir. Qohumlarının verdiyi məlumata görə H. Məhərrəmovun spirtli içkiyə aludəçiliyi olub və ailəsinə biganəlik səbəbindən həyat yoldaşı azyaşlı övladı ilə onu tərk edib. Buna dözə bilməyən H. Məhərrəmov onların geri qayıtması tələbi ilə özünü bıçaqlayıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
///Regionsesi.az
OXŞAR XƏBƏRLƏR