Gəncədə 'ASAN xidmət' mərkəzinin açılacağı vaxt elan edildi

Gəncədə
Bütün Xəbərlər
16:00 04.05.2013
1437

Avqustda Gəncədə ASAN xidmət mərkəzi açılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə xidmətin sədri İnam Kərimov Sumqayıtda yeni açılan ASAN xidmət mərkəzində keçirilən mətbuat konfransında deyib.O bildirib ki, bu xidmət yalnız Gəncə deyil, ətraf rayon sakinlərinə də xidmət edəcək:“Xidmətin fəaliyyət dairəsi genişləndiriləcək, hazırda xidmət göstərilməyən rayon sakinlərinə isə səyyar ASAN xidmət avtobusları pulsuz xidmət göstərəcək”O bildirib ki, həmçinin avqustda Yasamal rayonunda da 2 saylı ASAN xidmət mərkəzinin açılması ilə bütün Bakı şəhəri ASAN xidmətindən istifadə edəcək.İ.Kərimov əlavə edib ki, payızda isə Bakıda 4 saylı xidmət mərkəzi açılması gözlənilir.Xidmətin sədri ASAN xidmət mərkəzinin fəaliyyətə başladığı gündən indiyədək Bakıda 70 mindən çox vətəndaşa xidmət göstərildiyini deyib.Qeyd edək ki, mayın 3-də Sumqayıtda ASAN xidmət mərkəzi istifadəyə verilib. ASAN xidmət mərkəzində 9 dövlət orqanı 25 xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR