Gəncədə “Baku Bus”qəzaya düşdü

Gəncədə “Baku Bus”qəzaya düşdü
SOSİAL
18:56 08.08.2026
271
Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Hadisə şəhərin H. Əliyev prospekti ilə Mirzə Abbas Abbaszadə prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, qadın sarücünün idarə etdiyi "Chevrolet” markalı minik maşını 13 nömrəli xətt üzrə hərəkət edən "Baku Bus” şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki  nəqliyyat vasitəsinə ciddi ziyab dəyib.
Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.
 
///qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR