Gəncədə bir ailənin 4 üzvü bıçaqladı, biri öldü

KRİMİNAL
21:17 16.06.2020
1075
Gəncə şəhərində bir ailənin 4 üzvü bıçaqlanıb.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bıçaqlanma nəticəsində şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı ölüb. Onun gəlini, 36 yaşlı Günay Quliyeva, G. Quliyevanın 18 yaşlı qızı Sevinc və oğlu 14 yaşlı Mahir xəsarət alıb.

Onları O. Quliyevanın qaynı, 1950-ci il təvəllüdlü Mahir Quliyev bıçaqlayıb. Səbəb isə Günay Quliyevanın əri Elnurdan boşanıb barışmamasıdır.

Yaralılar hadisə yerinə cəlb olunan Gəncə şəhər BPİ Post Patrul Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırıldıqları üçün onların həyatını xilas etmək mümkün olub.

OXŞAR XƏBƏRLƏR