Gəncədə dava zamanı iki gənc bir-birini bıçaqladı

Gəncədə dava zamanı iki gənc bir-birini bıçaqladı
HADİSƏ
10:39 26.04.2026
331
Gəncədə iki nəfər bıçaqlanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə dava zamanı 2005-ci il təvəllüdlü İ. İbrahimov və 2005-ci il təvəllüdlü A. Kazımov bıçaq xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib və hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə dava zamanı iki gənc bir birlərinə bıçaqla xəsarət yetiriblər. İlkin məlumata görə hadisə çay evində baş verib.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Lent.az
OXŞAR XƏBƏRLƏR