Gəncədə qadın bıçaqlanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumata görə, qadına xəsarəti onun həyat yoldaşı yetirib. Buna səbəb qadının ərindən boşanmaq istəməsi olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.