Gəncədə əməliyyat – Rusiyada adam öldürən şəxs saxlanıldı

Gəncədə əməliyyat – Rusiyada adam öldürən şəxs saxlanıldı
SOSİAL
13:33 06.02.2019
2824
Rusiyada adam öldürərək gizlənən şəxs tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirib.

Verilən məlumata görə, əməliyyat Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR