Bu gün günorta saatlarında Gəncədə fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Qısa zaman ərzində evin dam örtüyünü yararsız vəziyyətə qoyan yanğının otaqlara keçməsinin qarşısını yanğınsöndürənlər ala biliblər.AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, yanğın hadisəsi şəhərin Gülüstan qəsəbəsində saat 15:00 radələrində qeydə alınıb. Dərhal yanğın yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov evin dam örtüyündən qaynaqlandığından qabaqlayıcı tədbirlər görülüb. Mənzildə mövcud olan ev əşyaları həyətə daşınıb. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirovun bildirdiyinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb. 30 dəqiqə ərzində söndürülən yanğının hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.Rahib Nadirov: “Ümumi sahəsi 120 kvadrat metr olan evin çardaq hissəsindən alov başlayıb. Yanğının qarşısı yanğınsöndürənlərin səyi nəticəsində qısa müddətdə alınıb. Evə və ev əşyalarına ciddi ziyan dəyməyib”.