Gəncədə Fövqəladə Hallar Nazirliyinin regional müşavirəsi keçirildi

Gəncədə Fövqəladə Hallar Nazirliyinin regional müşavirəsi keçirildi
Bütün Xəbərlər
15:18 25.01.2013
924

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Gəncədə regional müşavirə keçirilib.

AZXEBER.COM-un məlumata görə, tədbirdə nazirliyə daxil olan qurumların nümayəndələri, qərb regional mərkəzinin əməkdaşları iştirak edib.

Müşavirdə regionlarda Fövqəladə Hallar Nazirliyinin funksiyalarına daxil olan məsələlərin gedişatı müzakirə edilib, bu sahədə yeni təlimatlar verilib.Kəmaləddin Heydərov tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə böyük iqtisadi irəliləyiş, sənayenin və kənd təsərrüfatının, inşaat işlərinin genişlənməsi Fövqəladə Hallar Nazirliyinin qurumlarının üzərinə də məsuliyyətli vəzifələr qoyur. Müşavirədə qurum rəhbərlərinə bu sahədə görülən işlərlə bağlı təlimatlar verilib.Bundan başqa, nazir qeyd edib ki, əhalinin Fövqəladə Hallar Nazirliyinə uyğun şikayətlərinin vaxtlı-vaxtında baxılması və onların tezliklə icrası istiqamətində də regionda çalışan Fövqəladə Hallar qurumunun nümayəndələrinə tapşırıqlar verilib.O, binaların dövlət istismarına verilməsi ilə bağlı məsələlərin də yaxın zamanlarda həll ediləcəyini bildirib:“Dövlət balansında olan hündürmərtəbəli binalarda liftlər müvafiq icra hakimiyyəti qurumları tərəfindən nəzarətə götürülür, amma bir çox yeni binaları inşa edən şirkətlər mənzilləri satandan sonra yoxa çıxırlar. Nəticədə liftlər, eləcə də digər kommunal sistemlər nəzarətsiz qalır. Bəzi xarici ölkə şəhərlərinin bu kimi məsələlərlə bağlı təcrübəsi öyrənilib və bu sahədə yeni bir sistem tətbiq edilə bilər”.Kəmaləddin Heydərov binalarda kommunal sahənin özəlləşdirməyə verilə biləcəyini də qeyd edib.

OXŞAR XƏBƏRLƏR