Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Əliyev bud nahiyəsinin kəsilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib.
İlkin məlumata əsasən, gənci dostu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.










































