Gəncədə Gənc namizəd xüsusi fəallığı ilə seçilir.
37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən namizəd olan Rüfət Bəxtiyar oğlu Bağırov təşviqat başlanan gündən etibarən maraqlı ideyalar ilə çıxış edir.
Artıq 6 gündən çoxdur ki, başlanan təşviqat günləri ərzində gənc namizəd dairədə yerləşən bütün mənzilləri tək-tək ziyarət edir . Gəncə əhalisindən xüsusi dəstək alan namizəd yaxın günlərdə təbliğat və təşviqat üçün nəzərdə tutulan ən böyük salonlarda seçiciləri ilə təkrar görüşəcəkdir.
"Siz Tərəfdə” şüarı ilə başlanan kampaniya son günlərdə media və sosial şəbəkəsində geniş auditoriyanın diqqətinə səbəb olmuşdur.
Qeyd edək ki, Rüfət Bağırov hazırda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi nəznində Bakı Turizm İnformasiya Mərkəzinin direktoru, Bakı şəhərinin rəsmi turistik kartı olan "BakuCard”ın ideya sahibi və rəhbəri,2018-ci ildən etibarən BMT-nin Ümumdünya Turizm Təşkilatının affiliativ üzvüdür.
2019-cu ildə onun ideya müəllifliyi ilə Bakıya səfər edən turistlərin işini asanlaşdırmaq məqsədi ilə 3 yeni turist info mərkəzlər açılıb,
R.Bağırov Bakı şəhərində sənətçilər üçün yeni iş imkanlarının yaradılmasına səbəb olan həmçinin, yerli əhalinin, turistlərin marağını cəlb edən "Küçə sənətçiləri” adlı layihənin ideya müəllifi və təşkilatçısıdır.