Gəncədə hamamda qaz partladı - Xəsarət alan var

Gəncədə hamamda qaz partladı - Xəsarət alan var
SOSİAL
16:48 16.06.2025
362
Gəncədə qaz partlayıb, qadın yanıq xəsarəti alıb.

AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü G.Əsgərova üz  nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR