Gəncə Media Mərkəzi və ANS-in keçmiş müxbiri Təhminə Tağızadəni polis saxlayıb. Jurnalistin AzadlıqRadiosuna dediynə görə, o Gəncədəki 6 saylı məktəbin yanında yolun genişləndirlməsi ilə bağlı evləri sökülən sakinlərlə söhbət edərkən saxlanıb. Jurnalist kompüterinin mülki geyimli şəxslər tərəfindən alındığını və Nizami rayon polis şöbəsinə aparıldığını deyir. Təhminə Tağızada ona bələdçilik edən Elşən adlı gəncin də saxlandığını deyir. Müstəqil jurnalist kimi fəaliyyət göstərən Təhminə Tağızadə deyir ki, Cavadxanın dəftərxnasının sökülməsi barədə videogörüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra ona qarşı təzyiqlər başlayıb.