Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var

Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
HADİSƏ
20:03 18.01.2026
846
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"BakuBus”-a məxsus sərnişin avtobusu ilə "Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR