Gəncədə şəhərə Bakı istiqamətdən girişdə avtomobil yolunda qəza xəsarətlə nəticələnib.
Hadisə şəhərin Nizami prospektində baş verib.
Hərəkətdə olan "Kia" markalı avtomobil "Qazel" markalı maşınla toqquşub. Hadisə zamanı "Kia" markalı avtomobilin 18 yaşlı sürücüsü Qurban Həsənov müxtəlif dərəcəli xəsarət alıb.
İlkin məlumata əsasən, qəzaya səbəb hər iki avtomobilin sürücüsünün yol-hərəkəti qaydalarına düzgün əməl etməməsi olub.
Faktla bağlı araşdırma başlanılıb.
/bizim.media












































