Gəncədə kişi qardaşı nəvəsi boşandığı üçün dörd nəfəri bıçaqladı, biri öldü – TƏFƏRRÜAT

HADİSƏ
21:56 16.06.2020
968
Gəncə şəhərində bir ailənin dörd üzvünün bıçaqlanması barədə bəzi detallar açıqlanıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, Mahir Quliyev qardaşı nəvəsinin boşandığı üçün ailə üzvlərini bıçaqlayıb.

O, Sevinc Quliyevanın ərindən boşandığını əsas gətirərək mübahisə yaradıb və nəticədə qohumlarına xəsarət yetirib.

Yaralıları hadisə yerinə cəlb olunan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb və onların həyatı xilas olunub.

OXŞAR XƏBƏRLƏR