Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto

Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
SOSİAL
21:31 11.03.2026
331
Gəncədə məktəb direktoru işdən çıxarılıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

Məlumata əsasən, Mehriban Mahmudovaya üç töhmət verilib.

Direktor vəzifəsinin müvəqqəti icrası isə Aygün Abbasovaya həvalə edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

 


OXŞAR XƏBƏRLƏR