Gəncədə qadın qudası tərəfindən vəhşicəsinə döyüldü

Gəncədə qadın qudası tərəfindən vəhşicəsinə döyüldü
Bütün Xəbərlər
12:37 13.11.2014
890
Faktla bağlı araşdırma aparılır.
Ötən gün Gəncədə qadın qudası tərəfindən döyülüb.
AZXEBER.COM xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin ANS PRESS-ə verilən məlumata görə, hadisəyə qudalar arasında yaranan narazılıq səbəb olub.
Hadisə Rayonun Gülüstan qəsəbəsi ərazisində baş verib. Həmin qəsəbədə yataqxanada yaşayan, əslən Kəlbəcər rayonundan olan 39 yaşlı Tünzalə Nəsrəddin qızı Məmmədova qudası Rəfael Rəhbər oğlu Bayramovun evinə gedib. Qudalar arasında mübahisə yaranıb. Kişi qadını evində döyüb.
Döyülən Tünzalə Məmmədova Gəncə şəhər Təcili Tibb Yardım Xəstəxanasına gətirilib. Qadına yardım göstərilib.
Hadisəni törədən qudanın izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR