Gəncədə qadın vəkil bıçaqlanıb

Gəncədə qadın vəkil bıçaqlanıb
Bütün Xəbərlər
15:11 25.08.2015
1020

Hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. 

Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur. Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

//apa.az

OXŞAR XƏBƏRLƏR