Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Gəncənin Avtozavod qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini Şirinaz Məmmədova evində qeyri-rəsmi nigah münasibətlərində olduğu Ramin Orucovu bıçaqlayıb.
Ramin Orucov ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirinaz Məmmədova tutulub.
Faktla bağlı cinayət işi başlanıb.