Gəncədə qəza oldu - Yaralılar var

Gəncədə qəza oldu - Yaralılar var
HADİSƏ
19:41 28.09.2025
246
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR