Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21012 " ilə "VAZ 2109" markalı minik maşınları toqquşub. Qəza zamanı 1997-ci il təvəllüdlü H.Axundov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.