Gəncədə qonağın qanını axıtdılar

Gəncədə qonağın qanını axıtdılar
Bütün Xəbərlər
10:39 03.07.2015
1088
Goranboy sakini Gəncədə bıçaq zərbəsinə tuş gəlib.
Ötən gecə saat 03:20-də Goranboy rayonunun Veyisli kənd sakini, 44 yaşlı Səxavət Alıməmmədov üzərində bıçaq yarası olan xəsarətlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
AZXEBER/COM  Kəpəz TV-yə istinadən bildirir ki, həkimlər yaralıya dərhal ilkin tibbi yardım göstərərək palataya yerləşdiriblər. Xəstəxanadan verilən məlumata görə, Alıməmmədovun vəziyyəti orta ağırdır. Səxavət Alımməmədovun Gəncə şəhəri Nizami rayonu ərazisində naməlum şəxs tərəfindən bıçaqlandığı ehtimal olunur. Polis həmin şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR