Ağır bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya yerləşdirilib
Gəncədə qəzet redaksiyasına məxsus avtomobil orta məktəb müəllimini vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində baş verib.
Kəlbəcərdən olan məcburi köçkün 63 yaşlı Hüseyn Məmmədov “VAZ-21015” markalı avtomobili yüksək sürətlə idarə edib. Nəticədə o, 59 yaşlı piyada Aybəniz Qəhrəmanovanın avtomaşınla vurub. Ağır bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza nəticəsində zərəçəkən Aybəniz Qəhrəmanova şəhərdəki 31 nömrəli məktəbdə müəllim işləyir. Hadisəni törədən avtomobil isə “Kəlbəcər harayı” qəzetinin redaksiyasına məxsusdur.