Gəncədə “Sosial Media Məktəbi” layihəsinə start verilib - FOTO

Gəncədə “Sosial Media Məktəbi” layihəsinə start verilib - FOTO
GƏNCLİK
13:26 14.02.2017
1446

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən "Sosial Media Məktəbi” layihəsinin açılış mərasimi keçirilib.

"Sosial Media Məktəbi" layihəsinin açılış mərasimində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, təlimçilər və gənclər iştirak edib.

AZXEBER.COM-a verilən məlumata görə, Gəncə şəhərində 13-14 fevral tarixlərində baş tutacaq təlimlərə 400-ə yaxın gənc qatılıb. İki gündə 4 təlimin keçiriləcəyi media layihəsinin məqsədi gənclərə yeni media bilikləri aşılamaq, onun bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar, sosial mediadan effektiv istifadə qaydaları öyrətmək, bununla yanaşı gənclərin sosial media sahəsində inkişafına töhfə verməkdir.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan gəncliyinin böyük imkanları mövcuddur. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq, həm öz inkişafını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etməsi üçün ciddi iradə ilə çalışır.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, müasir dövrdə sosial medianın önəmi günü-gündən artır. Fərid Şahbazlı xüsusilə Xocalı soyqırımının tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında gənclərin sosial mediada çox fəal olduqlarını bildirib. 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncənin son illər qazandığı statuslardan, gənclərlə bağlı şəhərdə keçirilən layihələrdən danışıb. Bildirib ki, Gəncədə keçirilən yerli və beynəlxalq tədbirlərdə Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc iştirak edib. Müşfiq Cəfərov tədbir iştirakçılarını fəal olmağa səsləyib.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov ölkədə kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb. Medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. Kənan Məmmədov Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı layihələrinin həm yerli, həm də Avropa kanallarında işıqlandırıldığını xüsusi vurğulayıb.

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəhrəddin Həsənzadə sosial medianın artıq bir həyat tərzinə çevrildiyini bildirib. Respublikada əhalinin 3 milyona yaxını soaial şəbəkələrdən istifadə etdiyini qeyd edən Fəhrəddin Həsənzadə Azərbaycandakı söz və mətbuat azadlığından danışıb.

Bildirək ki, təlimləri İKT mütəxəssisi Cahid İsmayıloğlu, Tribuna İnformasiya Agentliyinin rəhbəri Əlişir Əhəd, politoloq Əhməd Şahidov və Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəhrəddin Həsənzadə keçəcək.

Tədbir iştirakçılarına 2 gün davam edəcək təlimin sonunda sertifikatlar təqdim olunacaq.


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir