Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var

Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
SOSİAL
15:14 16.03.2025
166
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR