Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib.
Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatrda mühafizəçi işləyir. İlkin məlumata görə, onu 15 yaşlı yeniyetmə bıçaqlayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
///qafqazinfo///











































