Gəncədə tədbir edən təşkilat sədrinin jurnalist düşmənçiliyi - ARAŞDIRMA + VİDEO

Gəncədə tədbir edən təşkilat sədrinin jurnalist düşmənçiliyi - ARAŞDIRMA + VİDEO
Bütün Xəbərlər
16:40 01.12.2015
1603
Xəbər verdiyimiz kimi, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli Gəncəyə bir qrup jurnalistin səfərini təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyləşdirdiyi “Səfir olsaydım, Azərbaycan necə təmsil edərdim” adlı layihə üzrə Gəncədə baş tutan görüşdə qalmaqal yaranıb. Belə ki, layihə üzrə Gəncədə keçirilmiş tədbirdə “Yeni Müsavat” qəzetinin əməkdaşı ilə millət vəkili Naqif Həmzəyev arasında anlaşılmazlıq yaranıb.
Deputat özü bu haqda deyib: “Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər...”.
AZXEBER.COM-un məlumatına görə, adıçəkilən təşkilat və təşkilatın sədri bundan öncə də qalmaqalla gündəmə gəlib.
Belə ki, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli ötən il Hyatt Regency otelində "Rəqəmsal Hüquqlar - Perspektivlər və Reallıqlar" adlı konfransda qeyri-adi açıqlaması ilə gündəmə gəlmişdi.

Azərbaycanda normal mətbuat orqanlarının mövcud olmadığını deyən QHT rəhbəri İlham Əliyevin bu səbəbdən yerli mediaya müsahibə vermədiyini diqqətə çatdırmşdı.

Özünü iqtidaryönlü ictimai birliyinin rəhbəri kimi təqdim edən “xanım lider” qaş düzəltmək əvəzinə göz çıxarmışdı.

Xanım QHT rəhbərinin arqumentsizlikdən əziyyət çəkməsi və bu səbəbdən yerli mətbuatı hədəf seçməsi yalnız təəssüf doğurur. Azərbaycanda əksər QHT-lərin media ilə münasibətlərdən yayınması, Prezident Adminstrasiyasının rəhbərliyi səviyyəsində qrant alan ictimai birliklərin mətbuatla münasibətlərinin vacib faktor kimi önə çəkilməsi göstərir ki, Vüsalə xanımın timsalında əksər QHT-lər bundan düzgün nəticə çıxarmayıb. Bu həm də onların siyasi baxımdan yetkin olmadığını, kütləvi tədbirlərdə əsaslı dəlillər gətirmək bacarığına yiyələnmədiyi faktını da ortaya qoyur.

Vüsalə Hüseynlinin qalmaqallı açıqlamasını və ictimai-siyasi xadimlərin buna reaksiyasını buradan oxuya bilərsiniz: https://www.azxeber.com/news/53594

Onu da qeyd edək ki, Vüsalə Hüseynlinin bu çıxışı sosial şəbəkələrdə də birmənalı şəkildə pislənmişdi. Jurnalistlər və ictimai-siyasi xadimlər belə münasibətə görə, xanım QHT sədrini kəskin tənqid ediblər. Hətta media ekspertləri bu təşkilatın xəbərlərini boykot edilməsini də tələb etmişdi.

Hər zaman qalmaqallarla gündəmdə qalmağı sevən təşkilat sədri bu xəbərdən bir neçə ay sonra açıqlama yaymış və gənclər təşkilatından getdiyini demişdi. Ancaq zaman göstərdi ki, bu da sırf reytinqə hesablanmış addım idi və gənclik illəri çoxdan geridə qalan xanım hələ də gənclər təşkilatı sədridir.Onu da qeyd edək ki, Gəncədə səfərdə olan digər jurnalist Hafiz Əhmədov səfər haqda yazıb: "Bizi Bakıya yola salanda Naqif bəy belə dedi: “Jurnalistləri çox istəyirəm. Çünki mən də sizin kimi gəncəm. Heç kəs mənimlə görüş barəsində yazmasın. Çünki bu, görüş deyildi. Mən sadəcə sizi görmək istədim. Ona görə də gəldim və bir süfrə arxasında əyləşdik. Müsahibədən söhbət belə gedə bilməz”.

Bir müddət öncə jurnalistlərə müharibə elan edən gənclər təşkilatı sədrinin Gəncə səfərinə apardığı jurnalistərə bu xahişi çatdırmadığı da şübhə doğurur. Bəlkə də təşkilat sədri kimisə qurban verərək özünü hədəfdən yayındırmaq və sülhpərəst təşkilat sədri kimi göstərmək istəyib. Çünki faktdır ki, Naqif Həmzəyev ən gənc deputatlardandır və onu gözü götürməyənlər arasında çoxsaylı təşkilat sədri və özünə "gənc lider" deyən şəxslər var.

Sonda Vüsalə Hüseynlinin jurnalistləri aşağılayan açıqlamasını bir daha təqdim edirik:

Mikayıl,AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR