Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, birinci kurs tələbəsi, 18 yaşlı Mingəcevir şəhər sakini Aynurə Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Tələbəni xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 18 yaşlı A. Məmmədova Gəncədə kirayə yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.(APA)