Gəncədə ticarət mərkəzində yanğın olub

Gəncədə ticarət mərkəzində yanğın olub
SOSİAL
09:58 06.03.2026
231
Gəncədə yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən "Xəmsə Park” ticarət mərkəzində qeydə alınıb.

Belə ki, ticarət mərkəzində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR