Gəncədə Türkiyə vətəndaşını maşın vurub

Gəncədə Türkiyə vətəndaşını maşın vurub
Bütün Xəbərlər
03:20 25.09.2015
1419

Bu gün axşam Gəncədə Türkiyə vətəndaşını maşın vurub. “Report”-un məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

Mehmet Kara Murat adlı Türkiyə vətəndaşı yolu keçərkən “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım XəstəxanasınınTravmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədov bildirib ki, xəstənin vəziyyəti orta ağırdır. Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR