Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO

Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO
SOSİAL
17:32 09.10.2025
517
Gəncədə yaşayış binasında partlayış baş verən mənzildə təmir işləri görən usta xəsarət alıb.

Onun 1989-cu il təvəllüdlü Elnur Qurbanov olduğu bildirilir.

Bundan başqa, daha bir nəfərin də xəsarət aldığı qeyd olunub.

16:50

Gəncə şəhərində mənzildə partlayış olub.

Hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib.

Əraziyə yanğınsöndürən maşınlar və təcili yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
report

OXŞAR XƏBƏRLƏR