Bu gün Gəncədə “Azərbaycanda yeni media: Realıq və Perspektivlər” adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masa Avrasiya Əməkdaşlıq Fondunun “Yeni media vasitəsilə İcma Gənclər Sülh Quruculuğu Proqramı” çərcivəsində həyata keçirilib.AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə həyata keçirilən proqram özündə vətəndaş jurnalistikası və yeni media vasitələrindən istifadə edərək sülhün qurulması kimi ünsürləri ehtiva edir. Dəyirmi masada Azərbaycanın müxtəlif regionlarından olan gənc jurnalist və bloqçular Azərbaycanda yeni media və perspektivlər konkteksində fikir mübadiləsi aparıb. Günay Zeynalova - Avrasiya Əməkdaşlıq Fondunun koordinatoru: “Bu yöndə bizdə 4 dəyirmi masa təşkil olunur və bunlardan birincisi Gəncədə, digər üçü isə Bakı şəhərində təşkil olunacaq. Dəyirmi masaların əsas məqsədi yeni medianın perspektivləri, reallıqlar, perspektivlər, problemlər və ümumiyyətlə bu mövzuda araşdırma aparmaqdır”.