Gəncədə yeni rektor sələfinin paxırlarını açdı

Gəncədə yeni rektor sələfinin paxırlarını açdı
Bütün Xəbərlər
18:51 16.05.2014
873

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov sabiq rektor Yadigar Əliyevin dövründə olan nöqsanlardan danışıb.

AZXEBER.COM azvision.az-a istinadən xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, həmin nöqsanlar imtahanlarla bağlı idi: “O zaman Yadigar Əliyevə xəbərdarlıq edilsə də, universitet rəhbərliyi tərəfindən həmin neqativ halların qarşısı alınmamışdı. Ona görə də sabiq rektora şiddətli töhmət verilmişdi”.

Rektor onu da qeyd edib ki, hazırda universitetdə imtahanlar şəffaf qaydada aparılır. “Hazırda məzunlar semestr imtahanı verir. Əmin ola bilərsiz ki, imtahanlar tam şəffaf qaydada aparılır”.

Y.Yusibov “rəhbərlik etdiyiniz ali təhsil müəssisəsində saxta diplom aşkarlanıbmı” sualına da aydınlıq gətirib: “Saxta diplomla bağlı Gəncə Dövlət Universitetində heç bir problem yoxdur. Kimsə universitetin adından saxta diplom verə bilər. Amma bizim universitet özü saxta diplom verə bilməz”.

OXŞAR XƏBƏRLƏR