O, sürücünün sərxoşluğunu yoxlamaq istəyib.
Gəncədə yol polisi əməkdaşına qarşı zorakılıq edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru Amil Hüseynov Kəpəz rayon Polis İdarəsinə raportla müraciət edərək bildirib ki, şəhərin N.Nərimanov küçəsində xidmətdə olarkən “Mercedes” markalı avtomobilin sürücüsü sərxoşluqda şübhəli bilinib və saxlanılıb.
Sərxoşluğu yoxlamaq məqsədi ilə avtomobilin sürücüsü Təyyar İmanova müayinədən keçmək təklif olunub.
Əvvəlcə müayinə olunmağa etiraz edən sürücü daha sonra razılıq verib. Avtomobili cərimə meydançasına aparan zaman maşında olan sərnişin Rahib Tarverdiyev Yol Patrul Xidmətinin inspektoru Qara Abbasova nalayiq sözlər deyərək ona əl, ayaq zərbələri vuraraq xəsarət yetirib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.