Gəncədə yüksək qızdırma səbəbilə xəstəxanaya çatdırılan azyaşlı ölüb

Gəncədə yüksək qızdırma səbəbilə xəstəxanaya çatdırılan azyaşlı ölüb
HADİSƏ
10:18 22.02.2026
312
Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
 
Apa
OXŞAR XƏBƏRLƏR