Türkiyənin “Onur Air” aviaşirkəti İstanbul-Gəncə reysi üzrə birbaşa aviareyslərini dayandırır.
Bu barədə məlumatı AZXEBER.COM-a Gəncədə şirkətinin aviabiletlərini satan kassanın işçisi Dürdanə Əliyeva məlumat verib.Onun sözlərinə görə təxminən 4 gün öncə şirkət fevral ayına olan uçuşlarını ləğv etdiyini bildirib.“Fevral ayına bilet satmışdıq. Reys ləğv edildikdən sonra biletlərin bir hissəsini qaytardıq bir hissəsi isə başqa şirkətə aviaşirkətə dəyişdirildi. Yanvar ayına isə cəmi üç - ayın 17, 20, 27-ə təyin edilib” deyə D.Əliyeva bildirib.Müsahibin sözlərinə görə “Onur Air” aviaşirkətinə Gəncədə maraq yüksək olub və bütün reyslərin biletləri tam satılıb.Qeyd edək ki, Türkiyənin “Onur Air” aviaşirkəti İstanbul-Gəncə reysi üzrə birbaşa aviareyslərini 2012-ci ilin may ayından həyata keçirirdi.
Uçuşlar ilkin vaxtlar həftədə 3 dəfə olsa da, daha sonra həftədə 5 dəfəyə yüksəlib.
Bir istiqamətə biletin qiyməti 83, hər iki istiqamətə 166 avrodan başlayırdı.