Gəncəli gənclər sərin su aksiyası keçirir- VİDEO

Gəncəli gənclər sərin su aksiyası keçirir- VİDEO
Bütün Xəbərlər
10:55 21.08.2014
1081

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatı tərəfindən sərin su aksiyası keçirilib.

AZXEBER.COM-a daxil olan məlumata görə, aksiyanın həyata keçirilməsinə səbəb isə ölkə ərazisində hökm sürən isti hava şəraitidir.

Sinoptiklərin istilərin avqust ayının 25-nə qədər davam edəcək xəbəri YAP Gəncə şəhər təşkilatı işçilərini sözün əsl mənasında səfərbər edib. Nəticədə təşkilatın əməkdaşları pulsuz sərin su kampaniyasına start veriblər. Eyni zamanda ərazilərə təcili tibbi yardım briqadaları da cəlb edilib. Aksiya hələlik şəhərin müxtəlif istiqamətlərində əhalinin sıx olduğu 6-7 məntəqədə keçirilir. Məntəqələrin sayının artırılması planlaşdırılır.

Sərin su aksiyasının əhalinin sıx olduğu ərazilərdə genişləndirilməsi nəzərdə tutulub. YAP Gəncə şəhər təşkilatı digər müəssisə və təşkilatları bu aksiyaya qoşulmağa səsləyir.

Qeyd edək ki, bu gün havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17:00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verib.

OXŞAR XƏBƏRLƏR