Gəncəlilər unutmayacaq

Gəncəlilər unutmayacaq
GƏNCLİK
17:18 17.01.2014
1352

Bu gün YAP Gəncə şəhər Təşkilatında Gənclər-İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gənclər-İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, şəhər rəsmiləri,fəal gənclər və ictimiyyətin nümayəndələri iştirak ediblər.

AZXEBER.COM-un məlumatına görə, tədbiri giriş sözü ilə Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə açıb. 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

GDU-nun baş müəllimi Yəhya Namazov çıxışında Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayətdən bəhs edib.

Tədbirin gedişində 20 yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Aytən Uluxanovanın 20 yanvar hadisəsi ilə bağlı söylədiyi şeir, Səriyyə Məmmədovanın çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

“20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətində olduğu Sovet imperiyasına qarşı əliyalın azadlıq mücadiləsinə qalxıb, özünün suverenlik və müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoyub. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı” - deyə Fərid Dünyamalıyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dağıstanda müğənnini döyərək öldürdülər
16:24 06.08.2025
Dağıstanda müğənnini döyərək öldürdülər
"Balenciaga"nın ilk modeli vəfat etdi - FOTO
16:15 06.08.2025
"Balenciaga"nın ilk modeli vəfat etdi - FOTO
Ramananın bəzi ərazilərində işıq olmayacaq
16:06 06.08.2025
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
15:39 06.08.2025
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
15:37 06.08.2025
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"