Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırıldı

Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırıldı
Bütün Xəbərlər
14:15 13.05.2013
1020
Bu gün səhər saatlarından başlayaraq Gəncənin “İkinci hissə” adlanan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.Şəhərin Adil İsgəndərov, Qoqol, Nəriman Nərimanov küçələrində təxminən 500-ə yaxın abonent elektrik enerjisiz qalıb. Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin bildirdiyinə görə, elektrik təchizatının dayandırılmasına səbəb elektrik dirəklərinin dəyişdirilməsidir: “Şəhərin enerji təminatının daha da yaxşılaşdırılması üçün təmir işləri aparılır və bu işlər bundan sonra da davam edəcək”. Məlumata görə, şəhərin elektrik enerjisi ilə tam təminatı günün sonuna kimi bərpa olunacaq.//APA
OXŞAR XƏBƏRLƏR