Gəncə İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deyib.ANS PRESS-in qərb bürosundan verilən xəbərə görə, İH başçısı bu barədə I rübün yekunları ilə bağlı keçirdiyi toplantıda bildirib.Elmar Vəliyev bunu necə edəcəyini də söyləyib. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklər salınacaq. Bu zaman o, “Yeni Gəncə” massivində artıq işə başlandığını bildirib. Orada 12 ədəd 12 mərtəbəli bina tikintisinə başlanıb. Eyni zamanda o, Gəncənin Abbas Səhhət xəstəxanasının və Heydər Əliyev park kompleksinin yaxınlığında da 12 mərtəbəli binalardan ibarət şəhərciklər tikiləcəyini deyib.